Ev Manşet Araik Arutyunyan saxlanıldı: BAKIYA GƏTİRİLİR 

Araik Arutyunyan saxlanıldı: BAKIYA GƏTİRİLİR 

60

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyanı saxlayıblar.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hazırda o, Bakıya gətirilir.

Qeyd edək ki, Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş “parlament sədri” David İşxanyan da törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan DTX tərəfindən Bakıya gətiriliblər.

Əvvəlki məqaləUkrayna Milli Vəkillər Kollegiyası ilə əməkdaşlıq daha da gücləndirilir
Növbəti məqalədəTaleh Kazımov: “Azərbaycanda banklararası təminatsız bazarın həcmi altı dəfə artıb”