Ev İdman “Real Madrid”də Bellinqem fırtınası: Ronaldunun uğurunu təkrarladı

“Real Madrid”də Bellinqem fırtınası: Ronaldunun uğurunu təkrarladı

47

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Cud Bellinqem paytaxt təmsilçisinin tarixinə düşüb.

İngiltərəli yarımmüdafiəçi buna Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin II turunda İtaliyada “Napoli”yə qarşı matçda (2:3) fərqlənməklə nail olub.

Komandasının ikinci qoluna imza atan Bellinqem “kral klubu”nun ÇL-də ilk iki oyununda fərqlənən üçüncü futbolçusu olub. Onadək yalnız Kristian Karambö (1998) və Kriştianu Ronaldu (2009) bunu bacarıb.

Ümumilikdə Bellinqem “Real Madrid”də meydana çıxdığı doqquz oyunda səkkiz qol və üç məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi bu mövsüm Avropanın beş aparıcı liqalarında müdafiə və yarımmüdafiə xəttinin oyunçuları arasında ən yaxşı göstəriciyə malikdir.

Əvvəlki məqalə“Qalatasaray”a uduzan “Mançester Yunayted”dən antirekord
Növbəti məqalədəPrezident və Birinci vitse-prezident Xoşbəxt Yusifzadənin vida mərasiminə əklil göndəriblər