Ev Siyasət Qarabağ və Şərqi Zəngəzurda yeni hidrometeoroloji stansiyalar quraşdırılıb

Qarabağ və Şərqi Zəngəzurda yeni hidrometeoroloji stansiyalar quraşdırılıb

53

Qarabağ və Şərqi Zəngəzurda yeni hidrometeoroloji stansiyalar quraşdırılıb.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.

Onun sözlərinə görə, bu stansiyalar Ağdam, Kəlbəcər, Şuşa, Füzuli və Laçın rayonlarında fəaliyyət göstərir.

“Xankəndi, Xocavənd və digər ərazilərdə də iki aqrometeoroloji stansiyanın quraşdırılması planlaşdırılır. Bu stansiyalar kənd təsərrüfatı sahəsinin, ümumilikdə iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək”, – N.Mahmudov qeyd edib.

Əvvəlki məqaləHikmət Hacıyev: “Bakı Brüsseldə Aİ, Azərbaycan və Ermənistan formatında üçtərəfli görüşlərə hazırdır” 
Növbəti məqalədəBako Saakyan, Arkadi Qukasyan və David İşxanyan barəsində həbs qətimkan tədbiri seçilib