Ev Manşet Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu İsrailə hücumları pisləyib

Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu İsrailə hücumları pisləyib

42

Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu İsrailə qarşı genişmiqyaslı hücumlar ilə bağlı bəyanat yayıb.

Oxu.Az bəyanatı təqdim edir:

“Bu gün Qəzza sektoru ərazisindən İsrailə qarşı baş vermiş, mülki obyektləri, yaşayış məntəqələrini və mülki şəxsləri qəsdən hədəf alan, raket zərbələri ilə müşayiət edilən hücumları qətiyyətlə pisləyirik.

Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu bu amansız hücumlarda həyatlarını itirmiş şəxslərin ailələrinə və yaxınlarına başsağlığı verir, yaralananlara isə şəfa diləyir.Bu çətin zamanda İsrail xalqının yanındayıq”.

Əvvəlki məqaləGədəbəydə minik avtomobili aşıb: Ölənlər və xəsarət alan var
Növbəti məqalədəƏrdoğan yenidən Türkiyənin hakim partiyasının sədri seçilib