Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşmaqda davam edir.
Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti bir öncəki günlə müqayisədə 0,25 dollar və ya 0,27% azalaraq 91,23 ABŞ dollarına enib. Ötən gün isə Azərbaycan nefti 91,48 dollara ticarət edilib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.