Ev Cəmiyyət Şəmkirdə qəza baş verib, xəsarət alan var

Şəmkirdə qəza baş verib, xəsarət alan var

152

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun 20 Yanvar küçəsində qeydə alınıb.

Hərəkətdə olan “QAZel” markalı yük maşını ilə “Hyundai “markalı minik avtomobili toqquşub.Qəzadan sonra avtomobillərdə yanğın baş verib.

Dərhal hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir Rayon Dövlət Yanğından mühafizə hissəsi yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, hadisə zamanı bir nəfərin xəsarət aldığı bildirilir.Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləPrezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
Növbəti məqalədə“Borussiya” evdə inamlı qələbə qazandı