AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək UEFA tərəfindən növbəti təyinat alıb.
Milli assosiasiyanın məlumatına görə, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının seçmə mərhələ matçında iş başında olacaq.
Türkiyəli mütəxəssis oktyabrın 13-də keçiriləcək Malta – Belçika görüşünün hakim-inspektoru olacaq.