Ev Cəmiyyət Baş Prokurorluq 50 vakant ştat vahidi üzrə növbəti müsabiqə keçirir

Baş Prokurorluq 50 vakant ştat vahidi üzrə növbəti müsabiqə keçirir

39

“Bu gün 50 vakant ştat vahidi üzrə növbəti 25-ci müsabiqə keçirilir”.

Oxu.Az xəbər verir ki, bunu Baş prokurorun müavini Heydər Məmmədov jurnalistlərə açıqlamasında deyib.

H.Məmmədov bildirib ki, hazırda müsahibənin – I mərhələsi, yəni test mərhələsi keçirilir:

“Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə həyata keçirilən bu test mərhələsində prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan 300-dən artıq namizəd iştirak edir. Ümidvarıq ki, müsabiqə nəticəsində yüksək nəzəri biliyə, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik, geniş dünyagörüşünə, dövlət və dövlətçiliyin sarsılmaz ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər prokurorluq orqanlarına qulluğa qəbul olunacaqlar”.

Əvvəlki məqaləAZAL oktyabrın 10-na planlaşdırılan Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə reysi ləğv edib
Növbəti məqalədə“Bakı Bəyannaməsi türk dövlətləri arasındakı mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək”