Azərbaycanın beş şahmatçısı bu gün Qətərin paytaxtı Dohada start götürəcək beynəlxalq yarışda iştirak edəcək.
Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, “Qatar Open”də Vüqar Rəsulov, Əhməd Əhmədzadə, Read Səmədov, Gülnar Məmmədova və Xanım Balacayeva mübarizə aparacaqlar.
Qeyd edək ki, 155 idmançının iştirak edəcəyi turnir İsveçrə sistemi üzrə keçiriləcək.
Doqquz turdan ibarət yarışda Maqnus Karlsen (Norveç), Hikaru Nakamura (ABŞ) və Aniş Giri (Niderland) kimi tanınmış qrosmeysterlər də güclərini sınayacaqlar.Yarışın mükafat fondu 110 min ABŞ dolları təşkil edir.










