Ev Siyasət Gəncənin raket atəşinə tutulması nəticəsində şəhid olan mülki şəxslərin xatirəsi anılıb

Gəncənin raket atəşinə tutulması nəticəsində şəhid olan mülki şəxslərin xatirəsi anılıb

49

Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından üç il ötür.

“Report”un Qərb bürosunun məlumatına görə, bununla əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, deputat Pərvin Kərimzadə, digər rəsmilər, ictimaiyyət nümayəndələri və şəhid ailələri Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazini ziyarət ediblər.

Mərasim iştirakçıları terror zamanı şəhid olan mülki vətəndaşların adlarının əks olunduğu lövhənin, o cümlədən dağılan ərazinin önünə tər çiçəklər düzüb, şəhidlərin ruhuna dərin ehtiramlarını ifadə ediblər.Şəhidlərin ruhuna dualar oxunub.

Əvvəlki məqaləAzərbaycanın XİN başçısı Qırğızıstana səfərə gedib
Növbəti məqalədəCeyhun Bayramov pakistanlı həmkarını bölgədəki vəziyyət barədə məlumatlandırıb