Ev Hərbi Kreml: “Qarabağ de-fakto və de-yure Azərbaycan ərazisidir”

Kreml: “Qarabağ de-fakto və de-yure Azərbaycan ərazisidir”

84

“Qarabağda Rusiya sülhməramlıları ilə bağlı danışıqlar aparılmır, çünki bura Azərbaycan ərazisidir”.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.“De-fakto və de-yure bizim sülhməramlılarımız Azərbaycan ərazisindədirlər, bunu Ermənistanın baş naziri Paşinyan da tanıyır”, – o deyib.

Kremlin sözçüsü bildirib ki, ona görə də Rusiya sülhməramlı kontingentinin mövcudluğu ilə bağlı bütün məsələlər yalnız Azərbaycan tərəfi ilə müzakirə olunacaq.

Əvvəlki məqaləŞimal bölgəsinin altı kəndinə ilk dəfə təbii qaz xətti çəkilir
Növbəti məqalədəAzərbaycan şahmatçıları “Qatar Open”də yarışacaqlar