“Azərbaycan müasir güclü dövlətə çevrilməlidir. Bunu etmək üçün bizim bütün imkanlarımız var. Həm iqtisadi, həm siyasi imkanlar, həm də insanların intellektual səviyyəsi, dövlət siyasəti, dövlətin iradəsi və açıq-aydın görünən gələcəyin üfüqləri”
İlham Əliyev
Güclü iqtisadiyyat əhalinin rifahı, ölkənin sabitliyi, ordunun gücü, dövlətin təhlükəsizliyidir. Elə ən yaxın tarixdə baş verən ikinci Qarabağ müharibəsində bunun bir daha şahidi olduq. Bu qələbənin təminatı olan güclü iqtisadiyyatın əsası hələ illər əvvəl Heydər Əliyev tərəfindən qoyuldu. Daha sonra bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü dövləti səviyyəsinə yüksəltdi. Güclü iqtisadiyyat bu gün Azərbaycanın milli maraqlara uyğun siyasət aparmasının təminatçısıdır. Ölkəmiz regionda bütün qlobal əhəmiyyətli nəqliyyat və enerji layihələrinin təşəbbüskarı və iştirakçısıdır. Bu da Azərbaycanın iqtisadi siyasətinin doğru qərarlar hesabına atılan addımlarla inkişafı deməkdir. Bu siyasəti aparan isə Azərbaycan Prezidenti İlham Əliyevdir.
“Report” Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dövründə Azərbaycanın keçdiyi misilsiz inkişaf yolunun bəzi məqamlarına nəzər salır.20 ildə qazanılan iqtisadi uğurlar hesabına ölkəmiz bütün sahələrdə inkişaf yolunu tutub