Ev İdman Azərbaycan şahmatçısı dünya çempionu olub

Azərbaycan şahmatçısı dünya çempionu olub

43

İtaliyanın Sardiniya adasında keçirilən 20 yaşa qədər qız və oğlan şahmatçılar arasında blits üzrə dünya çempionatı başa çatıb.

Oxu.Az xəbər verir ki, Şahmatçımız Məhəmməd Muradlı 11 oyundan 9,5 xal toplamaqla bütün rəqiblərini qabaqlayaraq qızıl medala layiq görülüb və dünya çempionu tituluna yiyələnib.Xanım şahmatçıların yarışında Gövhər Beydullayeva 7,5 xal toplamaqla liderdən 1 xal geri qalıb. Yekun nəticədə G.Beydullayeva blits üzrə dünya çempionatında bürünc medal qazanıb.

Əvvəlki məqaləBadmintonçumuz beynəlxalq turnirdə 2 800 reytinq xalı qazanıb
Növbəti məqalədəAzərbaycan vətəndaşları İsraildən təxliyə olunacaqlar?