Ev Siyasət Azərbaycan vətəndaşları İsraildən təxliyə olunacaqlar? 

Azərbaycan vətəndaşları İsraildən təxliyə olunacaqlar? 

40

“Hazırda Azərbaycan vətəndaşlarının İsraildən təxliyə olunması planlaşdırılmır”.

Bunu “Trend”ə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə deyib.

“Təxliyə ilə bağlı kütləvi müraciətlər yoxdur. İstəyənlər mütəmadi reyslərlə gəlirlər”, – deyə o vurğulayıb.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını açıqlayıb.

Əvvəlki məqaləAzərbaycan şahmatçısı dünya çempionu olub
Növbəti məqalədəQərbi Azərbaycan İcması Roma Papasını Ermənistana təzyiq göstərməyə çağırıb