“Milan”ın və İsveç millisinin sabiq hücumçusu Zlatan İbrahimoviç argentinalı “İnter Mayami”nin hücumçusu Lionel Messinin ABŞ-lilərə təsirini qeyd edib.
“İndi Messi MLS-də oynayır, ABŞ-lilər yenidən futbola baxa bilərlər. Mən onun orada olmasına şadam. Mən ABŞ-ni tərk etdikdən sonra ABŞ-lilər futbola baxmağı dayandırmışdılar”, – İbrahimoviç bildirib.
Xatırladaq ki, Messi iki il Fransanın PSJ komandasında oynadıqdan sonra 2023-cü ilin yayında “İnter Mayami”yə keçib.
ABŞ-də keçirdiyi 13 oyundan sonra Messinin hesabında 11 qol və 5 məhsuldar ötürmə var.