Ev İdman “Azərreyl” Çelenc Kubokunda növbəti mərhələyə yüksəlib

“Azərreyl” Çelenc Kubokunda növbəti mərhələyə yüksəlib

159

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çelenc Kubokunda növbəti oyununu keçirib.Komanda 1/32 final mərhələsinin cavab matçında Ukraynanın “Balta” kollektivi ilə üz-üzə gəlib.Bakıda Voleybol Mərkəzindəki görüş “Azərreyl”in 3:0 (25:23, 25:15, 25:19) hesablı qələbəsi ilə bitib.

İlk qarşılaşmada rəqibini eyni hesabla üstələyən Azərbaycan təmsilçisi 1/16 finala vəsiqə qazanıb. Bu raundda rəqib İspaniyanın “Avarka de Menorka” klubu olacaq.

Əvvəlki məqaləBenzema “Qızıl top”dan məhrum edilə bilər
Növbəti məqalədəAzərbaycan akrobatları Avropa çempionatında finala yüksəliblər