Braziliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun futbolçusu Neymarın ayağındakı ön çarpaz bağı və meniskində yırtıq əmələ gəlib.
Bu barədə Braziliya Futbol Konfederasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, hücumçu cərrahi əməliyyat keçirəcək.
Qeyd edək ki, Neymar 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Uruqvay yığması ilə keçirilən oyunda (0:2) zədələnib.