Ev Cəmiyyət Mingəçevirdə yad cisim udan azyaşlının həyatı xilas olunub

Mingəçevirdə yad cisim udan azyaşlının həyatı xilas olunub

47

Mingəçevirdə yad cisim udan azyaşlının həyatı xilas edilib

Oxu.Az xəbər verir ki, 2022-ci il təvəllüdlü körpə yad cisim udması səbəbi ilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.İlkin müayinələr baş tutub və onun udduğu səkkiz ədəd xırda maqnit muncuğunun nazik bağırsağında olduğu dəqiqləşdirilib.Həkim-cərrah Ramiz Məmmədov tərəfindən nazik bağırsağın perforasiyası, kəskin peritonit diaqnozu ilə azyaşlı əməliyyata götürülüb. Onun nazik bağırsağından yad cisimlər uğurla çıxarılıb.

Hazırda tibb müəssisəsinin cərrahiyyə şöbəsində müalicəsi davam etdirilən azyaşlının vəziyyəti qənaətbəxşdir.

Əvvəlki məqaləSETA rəhbəri: “Cənubi Qafqazda siyasətin formalaşmasında Türkiyənin rolu konstruktivdir”
Növbəti məqalədəƏrdoğan Zelenski və Stoltenberq ilə danışdı