Ev İdman Ərəb klubu “Real”ın futbolçusuna böyük məbləğ təklif etməyə hazırdır

Ərəb klubu “Real”ın futbolçusuna böyük məbləğ təklif etməyə hazırdır

61

“Əl-Əhli” “Real Madrid”ə vinger Vinisius Juniorun Səudiyyə klubuna keçməsi üçün 200 milyon avro təklif etmək niyyətindədir.Məlumata görə, ərəb klubu hesab edir ki, “Real” bu təklifi qəbul edə bilər. Çünki hazırda braziliyalı futbolçu klubla müqaviləsini hələ də uzatmayıb.

Bununla belə, Vinisiusun “Real Madrid” ilə yeni müqaviləsinin artıq razılaşdırıldığı və bunun yaxın günlərdə açıqlanacağı vurğulanır.Xatırladaq ki, İspaniya La Liqasının bu mövsümündə 23 yaşlı cinah yarımmüdafiəçisi yeddi matçda iştirak edib, iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Əvvəlki məqaləHərbi Qənimətlər Parkına yeni qənimət gətirilib 
Növbəti məqalədə“Fənərbağça” Renat Dadaşovun komandasına dörd qolla qalib gəldi