Ev Cəmiyyət Qubada marşrut avtobusu qəzaya düşüb, yeddi nəfər yaralanıb

Qubada marşrut avtobusu qəzaya düşüb, yeddi nəfər yaralanıb

38

Qubada mikroavtobusun minik avtomobili ilə toqquşmasi nəticəsində yeddi nəfər yaralanıb.APA xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

“VAZ 2106” markalı minik avtomobili ilə Quba – Zərdabi marşrutu üzrə işləyən “Mercedes” markalı mikroavtobusun toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.Onlar Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib, hazırda tibbi yardım göstərilir.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Əvvəlki məqaləGəncədə sərnişin avtobusunun aşdığı anın görüntüləri yayıldı
Növbəti məqalədə“Araz-Naxçıvan” – “Qarabağ” oyununun məkanı dəyişdirilib