Ev İdman Şuşa təmsilçisi Çelenc Kubokunda mübarizəyə başlayır

Şuşa təmsilçisi Çelenc Kubokunda mübarizəyə başlayır

47

Kişi voleybolçulardan ibarət “Xarı Bülbül” komandası bu gün Çelenc Kubokunda mübarizəyə başlayacaq.

Oxu.Az-ın məlumatına görə, Şuşa təmsilçisi 1/32 finalın ilk oyununda Slovakiyanın “TJ Spartak” klubu ilə üz-üzə gələcək.

Bakıdakı Voleybol Mərkəzində reallaşacaq qarşılaşma saat 18:00-da start götürəcək. Qarşılıqlı razılığa əsasən, cavab görüşü də sabah eyni arenada gerçəkləşəcək.

Əvvəlki məqaləErməniəsilli baş məşqçinin futbolçuya iradı ona baha başa gəldi
Növbəti məqalədəBu gün Vaşinqtonda Hüseyn Cavidin anım günü elan olunub