Ev Siyasət Ermənistanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

Ermənistanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

135

“Ermənistanın Rusiyadakı müvəqqəti işlər vəkili erməni KİV-lərinin yaydığı materiallarla əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Erməni diplomatın diqqətinə Rusiya rəhbərliyinin, diplomatlarının və erməni xalqının təhlükəsizliyi üçün öz həyatlarını riskə atan, hətta qurban verən sülhməramlıların ünvanına erməni KİV-lərində qərəzli materiallar yayımlandığı çatdırılıb”, – deyə o, bildirib.

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın informasiya məkanında Rusiya əleyhinə kampaniyanın qəbuledilməz olduğunu vurğulayıb

Əvvəlki məqaləGəncədə Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib
Növbəti məqalədəSOCAR və “Qazprom” Azərbaycanda qaz mühərriki yanacağı bazarının inkişafı imkanlarını müzakirə edib