Ev İdman Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək

43

Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında bu gün növbəti oyununu keçirəcək.

Oxu.Az-ın məlumatına görə, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv III turda Farer adaları ilə qarşılaşacaq.

Klaksvik şəhərində yerləşən “Djupumyru” stadionunda baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 17:00-da səslənəcək. Matçı Latviyadan olan hakimlər briqadası idarə edəcək. Görüşdə ədalət təmsilçisi Yelena Yermolayeva olacaq.

Qeyd edək ki, Azərbaycan millisi ilk iki turdan sonra 4 xalla qrupa liderlik edir.

Əvvəlki məqaləƏli Əsədov Tbilisidə Heydər Əliyevin abidəsini ziyarət edib
Növbəti məqalədəTürkiyəli nazir: “Azərbaycan Zəngəzur dəhlizi istiqamətində işləri sürətlə davam etdirir”