Bakının Suraxanı rayonunda 17 yaşlı qız yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2006-cı il təvəllüdlü Mələk Səlim qızı Rzazadə xəsarət alıb.Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.