Ev Cəmiyyət Şəkidə fərdi yaşayış evində ailə münaqişəsi, daha sonra yanğın olub

Şəkidə fərdi yaşayış evində ailə münaqişəsi, daha sonra yanğın olub

29

Şəkidə fərdi yaşayış evi yanıb.APA-nın məlumatına görə, bu gün günorta saat 13 radələrində Şəki şəhəri Fuad Abdurahmanov küçəsində Tofiq Süleymanova məxsus ümumi sahəsi 180 kvadratmetr olan 3 otaqlı fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğından əvvəl ailə münaqişəsi zəminində ev sahibinin oğlu 1986-cı il təvəllüdlü Seymur Tofiq oğlu Süleymanov baş nahiyəsindən xəsarət alıb. Hadisə yerinə cəlb edilmiş Təcili Tibbi Yardım briqadasının əməkdaşları S.Süleymanova yerində yardım göstəriblər.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Əvvəlki məqaləPrezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
Növbəti məqalədəFüzuli Məmmədov: “Lüksemburq futbol ölkəsi olmasa da, çox ciddi rəqibdir”