Ağır çəkidə boks üzrə mütləq dünya çempionu adı uğrunda britaniyalı Tayson Fyuri ilə ukraynalı Aleksandr Usik arasında keçiriləcək döyüş təxirə salınıb.Bu barədə Fyurinin promouteri Frenk Uorren məlumat verib.Döyüş dekabrın 23-də baş tutmalı idi.“Döyüş dekabrda baş tutmayacaq.
Taysonun bərpası və hazırlaşması üçün vaxt lazımdır”, – deyə Uorren bildirib.
Xatırladaq ki, bazar günü gecə Ər-Riyadda keçirilən on raundluq reytinq matçında Fyuri fransalı Frensis Nqannunu məğlub edib.