İngiltərə Premyer Liqasının X turunda Mançester derbisi baş tutub.Oxu.Az xəbər verir ki, “Mançester Yunayted” öz meydanında əzəli rəqibi “Mançester Siti” ilə qarşılaşıb.Görüş qonaq komandanın böyükhesablı qələbəsi ilə başa çatıb – 0:3.Hesabı 26-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən Erlinq Holand açıb.
49-cu dəqiqədə o, özünün və komandasının ikinci qolunu vurub. 80-ci dəqiqədə isə norveçli forvard assist müəllifi olub. Onun ötürməsindən sonra dəqiq zərbə ilə topu tora qovuşduran Fil Foden “şəhərlilər”in böyükhesablı qələbəsini rəsmiləşdirib.