Ev Manşet Daha 20 ailə Laçın şəhərinə qayıdır 

Daha 20 ailə Laçın şəhərinə qayıdır 

45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Oxu.Az xəbər verir ki, oktyabrın 30-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə – 70 nəfər köçürülür.

Qeyd edək ki, bu günə qədər Laçın şəhərinə 295 ailənin – 1 135 nəfərin köçü təmin edilib.

Əvvəlki məqaləHakan Fidan Antoni Blinkenlə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Növbəti məqalədəAbşeronda 33 yaşlı kişi özünü parkda asaraq intihar edib