Ev İdman Premyer Liqa: “Qarabağ” bu gün vahid lider ola bilər

Premyer Liqa: “Qarabağ” bu gün vahid lider ola bilər

47

Bu gün Azərbaycan Premyer Liqasında XI tura yekun vurulacaq.

Oxu.Az-ın məlumatına görə, son gündə çempion “Qarabağ” meydana çıxacaq.

Ağdam təmsilçisi çempionatın sürpriz komandalarından olan “Araz-Naxçıvan”la qarşılaşacaq. Qadınlardan ibarət Azərbaycan millisinin Millətlər Liqasındakı matçı “Dalğa Arena”da keçiriləcəyindən, Naxçıvan təmsilçisi rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

Bu turda “Zirə” büdrədiyindən, “Qarabağ” qələbə qazanacağı halda vahid liderliyə yüksələcək. Əks təqdirdə isə “Araz-Naxçıvan” ikinci pillədəki rəqibi ilə xal fərqini aradan qaldıracaq.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” “Səbail”lə (2:2), “Sumqayıt” “Qəbələ” ilə (0:0) bərabərə qalıb, “Turan Tovuz” “Kəpəz”ə (4:0), “Sabah” isə “Neftçi”yə (1:0) qalib gəlib.

Əvvəlki məqaləAbşeronda 33 yaşlı kişi özünü parkda asaraq intihar edib
Növbəti məqalədə“Napoli” “Milan” oyununda qalib müəyyənləşmədi