Ev İdman Premyer Liqa: “Səbail” “Turan Tovuz”u məğlub edib

Premyer Liqa: “Səbail” “Turan Tovuz”u məğlub edib

45

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start verilib.

Oxu.Az-ın məlumatına görə, açılış matçında “Səbail” “Turan Tovuz”u qəbul edib.“ASCO Arena”dakı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqların heyətində Otto Con 26-cı dəqiqədə hesabı açıb. 46-cı dəqiqədə Rüfət Abdullazadə bərabərlik qolunu vurub. 77-ci dəqiqədə “dənizçilər”dən Aleksandr Ramalinqom penaltini dəqiq yerinə yetirməklə görüşdə son nötqəni qoyub.“Səbail” qələbə sayəsində 21-ci xalını qazanıb və lider “Zirə”yə çatıb. Bölgə təmsilçisi 15 xalla 6-cı pillədə qərarlaşıb.Qeyd edək ki, XII turun digər görüşləri 4-5 noyabrda olacaq.

Əvvəlki məqaləAvropa çempionatı: Azərbaycan cüdoçuları ilk günü medalsız başa vurublar
Növbəti məqalədəAzərbaycan karateçisi beşqat dünya çempionu olub