Ev İqtisadiyyat Qazaxıstan Çin şirkətlərinə Transxəzər marşrutundan daha aktiv istifadə etməyi təklif edib

Qazaxıstan Çin şirkətlərinə Transxəzər marşrutundan daha aktiv istifadə etməyi təklif edib

45

Qazaxıstanın Baş naziri Alixan Smailov Çinin nəqliyyat şirkətlərini və logistika operatorlarını Çindən Avropaya konteyner daşımaları üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan daha fəal istifadə etməyə dəvət edib.“Report” xəbər verir ki, bunu Qazaxıstanın Baş naziri Çinin iri maliyyə-biznes mərkəzi olan Şanxay şəhərində 6-cı Çin Beynəlxalq İdxal Sərgisinin açılışında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu yüklərin daşınma müddətini demək olar ki, yarıya endirəcək:“Hazırda Çindən Avropaya bütün quru tranzit daşımalarının təxminən 85%-i Qazaxıstanın payına düşür. Sian şəhərində və Gürcüstanın Poti limanında Qazaxıstan terminallarının tikintisi hazırda sürətlə davam edir. Qazaxıstan-Çin sərhədində üçüncü dəmir yolu keçid məntəqəsinin, Baxtı və Kaljat keçidlərində quru limanların, Aktauda konteyner qovşağının tikintisi, həmçinin Orta dəhliz boyunca Qara dənizdə liman qurğularının genişləndirilməsi planlaşdırılır”.

Əvvəlki məqaləAzərbaycan karateçisi beşqat dünya çempionu olub
Növbəti məqalədəXankəndidə hüquq üzrə ali təhsil verən təhsil ocağının yaradılması ilə bağlı təkliflər irəli sürülüb