Ev Cəmiyyət Tərtərdə mina partlayışı olub, xəsarət alan var

Tərtərdə mina partlayışı olub, xəsarət alan var

44

Noyabrın 5-də saat 12:00 radələrində Tərtər rayonu Təpəkənd kəndinin minalardan təmizlənməyən ərazisində mina partlayışı baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin bildirilib ki, rayonun Seyidimli kənd sakini, 1960-ci il təvəllüdlü Hüseynov Asif Novruz oğlu ayağından xəsarət alıb.Faktla bağlı araşdırma aparılır.

“Bir daha vətəndaşları minalardan təmizlənməyən ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırırıq”-deyə, məlumatda vurğulanıb.

Əvvəlki məqaləBakıda yüksək gərginlikli elektrik xəttində qısaqapanma olub
Növbəti məqalədəMilli Atçılıq Festivalının açılış mərasimi keçirilib