İtaliya çempionu “Napoli” A Seriyasında sondan əvvəlki sırada qərarlaşan “Empoli”ni qəbul edib.
Matçın 28-ci dəqiqəsində Covanni Simeone hesabı açsa da, VAR hakimə bunun ofsayd olduğunu bildirib.Əlavə vaxtda isə Viktor Kovalenko meydan sahiblərini məyus edib – 0:1.
Bu nəticədən sonra “Napoli” 21 xalla dördüncü yerdə qalıb, rəqibi isə 10 xal toplayaraq aşağı liqa zonasından qurtulub.