Ev Hərbi Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb

Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb

40

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən “Dubai Airshow 2023” beynəlxalq sərgisində iştirak etmək məqsədilə bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov orada İtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosetto ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Əvvəlki məqaləFHN-dən müəssisə və təşkilatlara MÜRACİƏT
Növbəti məqalədəŞimali Kipr Türk Respublikasının müstəqilliyinin 40-cı ildönümü Bakıda qeyd olunub