Ev Hərbi Türkiyəli nazir: “Azərbaycanla əməkdaşlığı davam etdirməkdə qərarlıyıq”

Türkiyəli nazir: “Azərbaycanla əməkdaşlığı davam etdirməkdə qərarlıyıq”

51

“Qardaş Azərbaycanla əməkdaşlığımızı davam etdirməkdə qərarlıyıq. Türk dünyasındakı bütün proseslər bizi maraqlandırır”.

“Report”un xəbərinə görə, bu fikirləri Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki Bakıda Türk şəhidliyi abidəsi qarşısında çıxışı zamanı deyib.Onun sözlərinə görə, Türkiyə Azərbaycanla birgə hərəkətə davam edəcək:

“Biz kədərə də, sevincə də şərik oluruq. Odur ki, Azərbaycanla da əməkdaşlığı davam etdirəcəyik. Bir olmağa davam edəcəyik. Bu, hazırkı dövrdə xüsusilə çox vacibdir. Çünki dəyərlərimizə qarşı olanlar indi birləşiblər və vicdansızcasına hücum edirlər”.

Əvvəlki məqaləMüdafiə Nazirliyinin rəhbər heyəti “Dubai Airshow 2023” sərgisində iştirak edir
Növbəti məqalədəABŞ Ermənistanı misli görünməmiş təhlükəsizlik yastığı ilə təmin edəcək