Ev İqtisadiyyat Naxçıvanda “Yaşıl bazar” ticarət kompleksi istifadəyə verilib 

Naxçıvanda “Yaşıl bazar” ticarət kompleksi istifadəyə verilib 

123

Noyabrın 16-da Şərur şəhərində yeni “Yaşıl bazar” ticarət kompleksi istifadəyə verilib.Oxu.Az-ın xəbərinə görə, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli kompleksdə yaradılan şəraitlə tanış olub.Məlumat verilib ki, 8384 kvadratmetr ərazini əhatə edən kompleksə 132 mağaza, 18 rəfdən ibarət meyvə-tərəvəz satış məntəqəsi, kafe, eləcə də altı texniki otaq daxildir. Bazarda həmçinin ət, balıq, quşçuluq və süd məhsullarının satışı üçün tam gigiyenik qaydalara cavab verən yerlər ayrılıb.Diqqətə çatdırılıb ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın əsas hədəfləri sırasında məşğulluq imkanlarının artırılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi kimi vacib məsələlər dayanır.Yüzlərlə sakinin işlə təmin olunmasına hesablanmış yeni ticarət kompleksinin tikilib istifadəyə verilməsi Şərur rayonunda məşğulluq probleminin həllinə mühüm töhfədir. Burada 400 nəfərin işlə təmin olunması nəzərdə tutulur. “Yaşıl bazar”da əvvəlki illərdə mülkiyyət hüququ pozulmuş 32 rayon sakininə də ödənişsiz satış yerləri ayrılacaq.

Səlahiyyətli nümayəndə bildirib ki, Şərur ərazisində 100 meqavat gücündə Günəş Elektrik Stansiyası istifadəyə veriləcək. Bu, rayondakı istixanaların da daha səmərəli fəaliyyətini təmin edəcək.

Əvvəlki məqaləElşad Nuriyev: “İşğaldan azad edilmiş ərazilərdəki sənaye parklarında rezidentlər üçün infrastruktur qurulur”
Növbəti məqalədəXüsusi təyinatlılarımız “Doğu Akdeniz-2023” beynəlxalq təlimində iştirak edəcəklər