Ev Cəmiyyət Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayacaq

Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayacaq

41

Yaxın günlərdə Laçın rayonunun Zabux kəndində Ə.Məmmədov adına Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayacaq.

Bu barədə Şərqi Zəngəzur Regional Təhsil İdarəsi məlumat yayıb.Qeyd edilib ki, Laçın rayon Ə. Məmmədov adına Zabux kənd tam orta məktəbində müəllim vəzifəsində çalışmaq istəyənlər üçün məktəbdə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, informatika, coğrafiya, ingilis dili, fiziki tərbiyə fənləri qeydiyyat prosesi başlayıb.

Son qeydiyyat tarixi noyabrın 23-dür.

Əvvəlki məqaləNazirlikdə ƏMƏLİYYAT: Direktor saxlanıldı
Növbəti məqalədəƏfran İsmayılov: “Bu, ənənəvi hal alarsa, daha yaxşı olar”