Ev İqtisadiyyat Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımaların həcmi artıb

Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımaların həcmi artıb

51

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon 651 min ton yük daşınıb.Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.Bildirilib ki, yükdaşımalar 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21,1% artıb.Yüklərin 55,6%-i neft yükləri təşkil edib.

Dəniz limanları 11 milyon 157,8 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirib və yüklərin 9 milyon 221,1 min tonunu və ya 82,6%-i tranzit yüklər təşkil edib.Noyabrın 1-nə qədər limanlarda qalan yüklərin həcmi 366,7 min ton olub.Həmçinin cari ilin 10 ayında dəniz nəqliyyat ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 13,6% artaraq 20,1 min nəfər olub.

Əvvəlki məqaləEdqars Skuya: “Latviya Azərbaycanı yüksək texnologiya avadanlıqları ilə təmin etmək imkanına malikdir”
Növbəti məqalədəBərdə sakini Şuşada qəzaya düşərək ölüb