Xorvatiya yığması AVRO-2024-ün seçmə mərhələsinin 9-cu turu çərçivəsində səfərdə Latviya yığması üzərində qələbə qazanıb – 2:0.Hesabı yeddinci dəqiqədə Lovro Mayer açıb. Doqquz dəqiqədən sonra Andrey Kramaraç xorvatların üstünlüyünü iki topa çatdırıb.Bu nəticə ilə Xorvatiya D qrupunda xalını 13-ə çatdıraraq turnir cədvəlində ikinci yerə yüksəlib. Latviya üç xalla sonuncudur.I qrupunda Belarus Andorraya minimal hesabla qalib gəlib – 1:0. Bu nəticə ilə Belarus xalını doqquza çatdıraraq beşinci pillədə qərarlaşıb. Andorra isə iki xalla sonuncudur.