Ev Siyasət Klodet Duhamel: “Fransanın siyasətindən ən çox Martinika qadınları əziyyət çəkiblər”

Klodet Duhamel: “Fransanın siyasətindən ən çox Martinika qadınları əziyyət çəkiblər”

40

“Martinika qadınları diskriminasiya və müstəmləkəçiliyin təzahürləri ilə mübarizəni davam etdirirlər”.

“Report” xəbər verir ki, bunu Müstəqil Martinika Naminə Ekoloqlar və Demokratlar Hərəkatının vitse-prezidenti Klodet Duhamel Bakıda “Dekolonizasiya: Qadınların hüquqlarının və imkanlarının genişləndirilməsi” mövzusunda beynəlxalq konfransda deyib.

O vurğulayıb ki, Fransanın müstəmləkəçilik siyasətindən ən çox Martinika qadınları əziyyət çəkiblər:

“Onlar cinsi zorakılığa, köləliyə, dəhşətli diskriminasiyaya məruz qalıblar”.

K.Duhamel qeyd edib ki, qadınlar ölkənin ictimai həyatında iştirak edə bilməyib və sistemə tabe olmaq məcburiyyətində qalıblar:

“Bu, bizim siyasi sistemimizə mənfi təsir etdi: qadınlar qərarların qəbulunda iştirak edə bilmədilər və cəmiyyət inkişaf etmədi”.

Əvvəlki məqaləİlham Əliyev: “18 ölkənin təmsilçilərinin Bakıda toplaşaraq kolonializmi pisləməsi sevindirici haldır”
Növbəti məqalədəMüdafiə Nazirliyi 15 gün müddətində hərbçilərin maaşları ilə bağlı təkliflərini hökumətə təqdim edəcək