Ev İqtisadiyyat Bakıda İƏT Əmək Nazirləri Konfransının Nazirlər Sessiyası keçirilir

Bakıda İƏT Əmək Nazirləri Konfransının Nazirlər Sessiyası keçirilir

40

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının Nazirlər Sessiyası keçirilir.

“Report” xəbər verir ki, sessiya Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb.Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, İƏT-in Baş katibi Hissein Brahim Taha, İƏT əmək nazirlərinin 4-cü konfransının sədri kimi Səudiyyə Ərəbistanı Krallığının İnsan resursları və sosial inkişaf nazirinin müavini Adnan Abdulla Al Nuaimin çıxış edəcəkləri gözlənilir.

Sonra konfransın sədri və büronun tərkibi seçiləcək.

Əvvəlki məqaləPrezident İlham Əliyev BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibini qəbul edib
Növbəti məqalədəAzərbaycan nefti ucuzlaşdı