Ev Cəmiyyət Xırdalanda ata və oğul bıçaqlandılar: Saxlanılan var

Xırdalanda ata və oğul bıçaqlandılar: Saxlanılan var

44

Xırdalan şəhərində ata və oğul bıçaqlanıblar.Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, noyabrın 23-də gecə saatlarında Xırdalan şəhərində ata və oğluna kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini Ramal Zamanov saxlanılıb.Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləBu gün Bakıda SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçiriləcək
Növbəti məqalədəİsrail ordusu Qəzza zolağına çağırış vərəqələri atıb