ABŞ-nin Azərbaycandakı Səfirliyi ABŞ-də təhsil almış azərbaycanlı məzunlarla görüş keçirəcək.“Qafqazinfo” noyabrın 27-də Bakıda məşhur “JW Marriott Absheron” hotelində baş tutacaq görüşlə bağlı bir sıra maraqlı məqamları əldə edib.Məsələ burasındadır ki, tədbirin adı sözdə “məzunlarla görüşdür”.Reallıqda isə bu, ABŞ-nin Azərbaycanda fəaliyyət göstərən öz agentura şəbəkəsinin bir araya gəlməsidir.Aydın məsələdir ki, son günlərdə Azərbaycanla ABŞ arasında siyasi gərginlik hiss olunur. Bu gərginliyin nəticəsidir ki, istər Qərbdən, istərsə də ABŞ-nin özündən ölkəmizə qarşı ikili standartlar sərgilənir.
Təcili görüşün təşkil olunması da ABŞ-nin ölkəmizdə fəaliyyət göstərən agentura şəbəkəsinin tədricən ifşa olunmasından qaynaqlanır. Bu görüşdə ABŞ-də təhsil almış, əslində isə təhsil adı altında ABŞ-də olarkən məxfi əməkdaşlığa cəlb edilmiş şəxslər iştirak edəcəklər.Artıq iştirakçılara “Məzunların yubiley qalası” adlı dəvətnamə də göndərilib. “Tədbir” həmin gün 18:30-da başlayacaq. Əldə etdiyimiz məlumata görə, Azərbaycanın hüquq-mühafizə orqanları artıq məsələdən məlumatlıdır, iştirakçıların gələcəkdə ifşa olunması üçün tədbirin nəzarətə götürüldüyü bildirilir.










