Ev İqtisadiyyat Azərbaycanda sahibkarlıq subyektlərinin vahid reyestrinin yaradılmasına başlanıldı

Azərbaycanda sahibkarlıq subyektlərinin vahid reyestrinin yaradılmasına başlanıldı

83

İqtisadiyyat Nazirliyinə məxsus “Tikinti-Təchizat Birliyi” MMC “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri”nin yaradılmasına başlayıb.

“Report” xəbər verir ki, reyestr yaradıldıqdan sonra Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya ediləcək.

Reyestrin yaradılması Milli Məclisin ötən il dekabrın 2-də qəbul etdiyi və Prezident İlham Əliyevin bu il yanvarın 26-da təsdiq etdiyi “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanunda öz əksini tapıb.

Əvvəlki məqaləFHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Növbəti məqalədəPremyer Liqada son beş mövsümün rekordu qeydə alınıb