Ev İdman Premyer Liqada son beş mövsümün rekordu qeydə alınıb

Premyer Liqada son beş mövsümün rekordu qeydə alınıb

39

Azərbaycan Premyer Liqasında son beş mövsümün rekordu qeydə alınıb.Peşəkar Futbol Liqasının məlumatına görə, bu, 3-cü dəfə het-trikin reallaşması ilə baş verib.“Qəbələ”nin futbolçusu Bilel Auaşeriya “Turan Tovuz”la ev oyununda rəqib qapısından 3 top keçirib.

O, bununla komandasının 4:0 hesablı qələbəsinin memarı olub. Auaşeriyaya qədər “Qarabağ”dan Yassin Benzia, “Sabah”dan Davit Volkov het-trik müəllifi olublar.

Sonuncu dəfə çempionatda 3 het-trikə 2018/2019 mövsümündə təsadüf olunub. Həmin vaxt Mahir Emreli iki, Dani Kintana bir matçda belə məhsuldarlıq nümayiş etdiriblər.Qeyd edək ki, het-trik sayında ölkə çempionatlarının mütləq rekordu 1992-ci ildə gerçəkləşib. Həmin vaxt 22 dəfə bir oyunçu üç qol vurub.

Əvvəlki məqaləAzərbaycanda sahibkarlıq subyektlərinin vahid reyestrinin yaradılmasına başlanıldı
Növbəti məqalədəBu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək