PSJ oyunçuları hücumçular Lionel Messi və Neymar ilə eyni komandada oynamaqdan narahat idilər.“PSG Community”nin verdiyi xəbərə görə, Neymar və Messi klubu tərk edəndə əksər parisli futbolçular sevinib.31 yaşlı Neymar PSJ-də altı mövsüm keçirərək, beş dəfə Fransa çempionu olub.
2023-cü ilin yayında braziliyalı Səudiyyənin “Əl-Hilal”ı ilə ikiillik müqavilə imzalayıb və bu müqaviləyə əsasən, o, ümumilikdə təxminən 300 milyon avro alacaq.
Messi 2023-cü ilin yayında azad agent kimi “İnter Mayami”yə keçib. Futbolçunun “İnter Mayami” ilə müqaviləsi 2025-ci ilə qədərdir. Ötən mövsüm o, ABŞ klubunun heyətində 14 oyun keçirib, 11 qol vurub və beş məhsuldar ötürmə edib. Futbolçu “İnter Mayami” ilə Liqa Kubokunu qazanıb.