Ev Hərbi Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

45

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bir qrup hərbi qulluqçusu Türkiyədə 15 ölkənin iştirakı ilə keçirilən “Nüsret-2023” beynəlxalq təlimində iştirak edir.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.Qeyd olunub ki, Çanaqqala və Saros körfəzində icra edilən manevr dekabrın 6-dək davam edəcək.

Təlim çərçivəsində minaların aşkarlanması və zərərsizləşdirilməsi üzrə qarşılıqlı təcrübə mübadiləsi aparılacaq.Azərbaycan hərbi dənizçiləri manevrdə qərargah fəaliyyətlərini yerinə yetirəcəklər.

Əvvəlki məqaləİlham Əliyev yolun yenidən qurulmasına 4,5 milyon manat ayırdı
Növbəti məqalədəRəsmi İrəvan: “Delimitasiya üzrə komissiyalar Qazaxda görüşəcəklər”