Ev İdman “Qarabağ” azarkeşləri “Sabah”la oyunda 82 oturacaq sındırıblar

“Qarabağ” azarkeşləri “Sabah”la oyunda 82 oturacaq sındırıblar

51

“Sabah” klubunun ev oyunlarını keçirdiyi “Bank Respublika Arena”da 82 ədəd oturacaq sındırılıb.

Oxu.Az xəbər verir ki, hadisə paytaxt təmsilçisinin “Qarabağ”a 1:2 hesabı ilə uduzduğu Premyer Liqanın XIV turunun matçında baş verib.AFFA İntizam Komitəsinin (İK) qərarına əsasən, Ağdam təmsilçisinin azarkeşləri tərəfindən stadiona dəymiş ziyan “Qarabağ” klubu tərəfindən ödəniləcək.

Bundan əlavə, İK “Sabah”ı 800 manat cərimələyib. Buna sözügedən qarşılaşmadan sonra kənar şəxslərin meydana girməsi səbəb olub.

Əvvəlki məqalə“Səbail” Azərbaycan Kubokunda ən böyükhesablı qələbəsini qazanıb, rekorda bir qol çatmayıb
Növbəti məqalədə“Neftçi”nin yarımmüdafiəçisi: “De Byazi ilə danışmaq istəyirdim”