Ev Cəmiyyət Suraxanıda bıçaqlanmaya görə bir nəfər tutulub

Suraxanıda bıçaqlanmaya görə bir nəfər tutulub

49

Suraxanıda bıçaqlanma hadisəsi ilə bağlı bir nəfər tutulub.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 24-də Suraxanı qəsəbəsi ərazisində Yevlax rayon sakini olan bir nəfərə kəsilmiş-deşilmiş xəsarət yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini 1988-ci il təvəllüdlü B.Abdullayev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləMaliyyə naziri: “Büdcə layihəsində bəzi korrektələrə ehtiyac yaranıb”
Növbəti məqalədə“Femida Dialoq Platforması” çərçivəsində ABA-nın nümayəndələri ilə görüş keçirilib