Ev İdman Azərbaycan güləşçiləri Bakıdakı dünya çempionatını 21 medalla başa vurublar

Azərbaycan güləşçiləri Bakıdakı dünya çempionatını 21 medalla başa vurublar

41

Azərbaycan güləşçiləri Bakıda hərbçilər arasında keçirilən 36-cı dünya çempionatını 21 medalla başa vurublar.

“Report” xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzindəki yarışın sonuncu günündə yunan-Roma güləşçiləri mübarizə aparıblar.Qurban Qurbanov (77 kq) və Nihad Quluzadə (60 kq) qızıl, Laçın Vəliyev (87 kq) isə gümüş mükafata sahib çıxıblar.

Qeyd edək ki, Azərbaycan idmançıları daha əvvəl mundialın ilk üç günündə 10 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar.

Əvvəlki məqaləAzərbaycan neftinin qiyməti artıb
Növbəti məqalədəAzərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə 11-ci olub